Azərbaycan MDB-ə üzv olan dövlətlərlə ilə əməkdaşlığın ikitərəfli əsasda inkişafına üstünlük verir
Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Məlum olduğu kimi Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Azərbaycan istər beynəlxalq, istərsə də regional platformalarda yalnız öz milli və dövlət maraqları müstəvisində iştirak edir. Müstəqil Dövlətlər Birliyində də Azərbaycanın iştirakı bu konteksdə təmin olunur. Prezident İlham Əliyev bu ilin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı da bu məqamı xüsusi olaraq vurğulayıb.
Tarixə nəzər salsaq görürük ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib və 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub. Bu gün MDB-yə üzv ölkələrlə Azərbaycanın sıx əməkdaşlıqları mövcuddur və müəyyən məsələlərdə bu əməkdaşlıq daha da inkişaf etdirilir.Azərbaycan Respublikası Prezidenti ölkəmizin MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd etdi, eyni zamanda xüsusi vurğulayaraq bəyan etdi ki, Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Azərbaycan uzun müddət Sovet İttifaqının 15 respublikasından biri olaraq, digər respublikalarla iqtisadi bağlılıqlara malik olub. Sovetlər Birliyi süqut etdikdən sonra müstəqilliyini elan edən 15 ölkə bu əlqələri tamamilə kəsə bilməzdi. Əlaqələrin pozulması həmin ölkələr üçün ciddi iqtisadi problemlərə yol açardı. Çünki bir dövlətdə fəaliyyətdə olan hər bir istehsal müəssisısi digər dövlətin müəssəsi ilə istehsal bağlılığında saxlanılırdı. Yəni bir ölkə ərazisində istehsal olunan əmtəə predmetinin bir başqa detal hissəsi digər ölkədə istehsal olunur və üçüncü ölkədə tam məhsul kimi yığılırdı. Sovet İttifaqının yaratdığı belə əlqələri kəsmək çox ciddi fəsadlar yaradardı. Ona görə də MDB formalaşdırıldı və birliyə daxil olan ölkələr bu əlaqələri inkişaf etdirməyə başladı. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahə üzrə əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Yarandığı vaxtdan MDBözünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqa mətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib. MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verib.
Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, eləcə də respublikamızla digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza formalaşıb. Azərbaycanın xarici siyasətinin ən mühüm məsələsi - Ermənistan - Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da MDB əlverişli platforma olmuşdur. Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişənin ədalətli həllinə nail olmaq üçün beynəlxalq təşkilatların, o cümlədən də MDB-nin tribunasından geniş istifadə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyəli tədbirlərdə nümayiş etdirdiyi qətiyyətli mövqenin nəticəsidir ki, bu gün MDB-yə daxil olan dövlətlər respublikamızın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər və etdirirlər.
Bu gün respublikamızın MDB-də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri formalaşıb. Məsələn, Azərbaycanla Rusiya arsında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər, Qazaxıstan, Qırğızstan, Özbəkstan, Türkmənistan və digər müstəqil MDB dövlətləri ilə hər sahədə yaranan iqtisadi-siyasi münasibətlər. Bütövlükdə, Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB dövlətləri ilə çox yüksək səviyyəli ikitərəfli münasibətləri formalaşıb. İntensiv xarakter daşıyan bu münasibətlər ölkələrin milli maraqlarına xidmət edir və tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsipinə əsaslanır.