Azərbaycan ilə Özbəkistan arasında əlaqələr sürətlə inkişaf edir, siyasi dialoq ali səviyyədə davam edir
Nəsib İsmayılov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin sədri
2026-cı il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında tarixi dostluq və müttəfiqlik münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdən sonra dövlət başçılarının mətbuata bəyanatla çıxış etməsi, qəbul olunan qərarların və imzalanan sənədlərin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.
Prezident cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin sürətlə inkişaf etdiyini, siyasi dialoqun ali səviyyədə davam etdirildiyini və müttəfiqlik münasibətlərinin praktiki müstəvidə real nəticələr verdiyini xüsusi vurğuladı.
Bəyanatda hər iki dövlətin beynəlxalq platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi prioritet istiqamət kimi göstərildi.
Son illərdə ticarət dövriyyəsinin artması və birgə investisiya fondlarının fəaliyyəti təqdir edildi. Sənaye koordinasiyası, maşınqayırma, toxuculuq və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi ikitərəfli iqtisadi bağları daha da gücləndirir. Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Füzuli şəhərində tikdirdiyi Mirzə Uluqbəy adına məktəb qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi xatırlatdı. Xalqlarımız arasındakı tarixi və mədəni bağlılığın gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olundu.
Prezident İlham Əliyev mətbuat bəyanatında Özbəkistanın Füzuli şəhərində tikdirdiyi 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi xüsusi vurğulayaraq, bunun iki xalqın qardaşlıq rəmzi olduğunu bildirdi.
Daşkənddə Heydər Əliyev Meydanının, Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin binalarının açılışı və yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlinin qoyulması mədəni bağların sarsılmazlığını göstərir.
Dövlət başçısının avqustun 23-də verdiyi bəyanat bir daha təsdiq etdi ki, Azərbaycan və Özbəkistan münasibətləri yalnız iki dövlət üçün deyil, bütövlükdə Türk dünyası və regionun geostrateji sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu səfər və əldə olunmuş razılaşmalar ikitərəfli müttəfiqliyin gələcək inkişaf dinamikasını müəyyən edən parlaq səhifəyə çevrildi.