Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub

Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik qələbəsi döyüş meydanında qazanılan zəfərin məntiqi yekunudur. Azərbaycan ötən 30 il ərzində Qarabağ problemini sülh, danışıqlar yolu ilə həll etməyə çalışırdı. Ermənistan rəhbərliyi isə hər zaman anlaşmalardan qaçır, ordumuzun yerləşdiyi mövqeləri atəşə tutaraq ara pozanlıqla məşğul olurdular.
2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etdi. Ermənistan kapitulyasiya aktına qol çəkdikdən sonra Sülh müqaviləsi imzalamaqdan boyun qaçırdı. Xəbərdarlıqlara məhəl qoymadan hər gün yeni bir təxribatlar törətmək məqsədilə ərazilərimizə separatçıların yenidən mövqelənməsi üçün hərbi texnikalar, silah-sursatlar daşıdılar. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən mövqelərimizi tez–tez atəşə tutaraq, yolları minalayaraq terror akı törətməyə davam edirdilər. Növbəti təxribatdan sonra antiterror əməliyyatı keçirən ordumuz yüksək peşakarlıqla heç bir mülki şəxsə ziyan vurmadan, dinc sakinləri hədəf almadan, mülki obyektlərə atəş açmadan tapşırığı uğurla başa vurdu və nəticədə Azərbaycan öz suverenliyini tam bərpa etmiş oldu.
Biz hal-hazırda bir tarixi dövrü canlı yaşamaqdayıq. Erməni vandalizminə məruz qalmış ərazilərimiz yenidən bərpa edilir. İşğaldan azad edilmiş Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə “Böyük Qayıdış” proqramı çərçivəsində köçkünlərin qayıtması təmin olunur. Eyni şərait tezliklə Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, digər şəhər və kəndlərimizdə də yaradılacaqdır.
Azərbaycanın şanlı qələbəsi regionda yeni reallıq və imkanlar yaradıb. Xarici ölkələrin Azərbaycana olan marağı daha da artıb. Doğma torpaqlarımıza səfərlərin artması, nüfuzlu beynəlxalq tədbirlərin işğaldan azad olunmuş şəhərlərdə keçirilməsi həqiqətən də qürurvericidir.
Doğma Şuşamızın İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasına ev sahibliyi etməsi də mötəbər hadisədir. Regionumuzun nəhəng iqtisadi potensialı var. Bu potensialdan daha səmərəli istifadə etmək, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi və regionumuzun gələcəyi üçün daimi sülhün olması vacibdir.
Bunun üçün isə Ermənistan ikili oyunlarından əl çəkib Azərbaycanla münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması üçün yenidən danışıqlar yoluna qayıtmalıdır. Azərbaycan sülh prosesini irəli aparmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışıqlar üçün daim hazırdır. Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub. Bu səbəbdən də danışıqların bilavasitə region ölkələrinin iştirakı ilə aparılması üçün 3+3 əməkdaşlıq formatını irəli sürüb. Belə bir formatda əməkdaşlıq bölgədən kənar güc mərkəzlərinin Cənubi Qafqaza təsir və təzyiq imkanlarını məhdudlaşdırdığı üçün regionun digər dövlətlərinin də maraqlarındadır. Ermənistanın isə hələ də xarici havadarlarına inanıb özünə tərəf seçə bilməməsi təəssüf doğurur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik qələbəsi döyüş meydanında qazanılan zəfərin məntiqi yekunudur. Regionumuzun tezliklə sülh və əməkdaşlıq məkanına çevriləcəyinə inanırıq!
Bütün şəhdlərimizin ruhu qarşısında baş eyir, Allahdan rəhmət diləyirik!
Qazilərimizə təcili şəfalar və cansağlığı diləyirik !
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan !
i