Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

Lalə Qafarova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Ali Baş Komandanın söylədiyi kimi, İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınmasının təməlində sözsüz ki, həm hərbi gücü, həm də şanlı Qələbəsi dayanır. Hərbi gücümüz artdıqca, siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz də artır”.       

Cənab Prezident İlham Əliyev jurnalistlərlə görüşü zamanı son illərdə ölkə qarşısında duran mühüm vəzifənin Qarabağ savaşında qazandığımız şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu bildirmişdir. Çünki bu qələbə hərb yolu ilə yanaşı siyasi müstəvidə, dünya ictimaiyyəti tərəfindən də qəbul edilməlidir. Artıq bu sahədə mühüm işlər görülmüş və müharibənin nəticələri dünya ictimaiyyəti tərəfindən tanınmışdır.

Ölkə başçısı Azərbaycanın dünyada hərbi gücünə və şanlı Qələbəyə görə etibarlı, ciddi tərəfdaş kimi qəbul olunduğunu, Azərbaycanın həmin Qələbəni necə, hansı risklərə gedərək, hansı qüvvələrlə mübarizə apararaq və bu gün də mübarizəni davam etdirməsi dünyanın siyasi elitasının diqqətində olduğunu - yəni, müharibə bitsə də, mübarizə hələ davam edir deyə bildirmişdir.

Azərbaycan özünün iqtisadi inkişafı, bu sahədə həyata keçirdiyi davamlı və səmərəli islahatların nəticələri, enerji sahəsində bir çox ölkələrlə, xüsusilə Avropa ilə mövcud əlaqələri bu etimadın formalaşmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin birbaşa təşəbbüsü və iştirakı ilə regional, daha irimiqyaslı iqtisadi layihələr uğurla icra olunur. Dünyada hökm sürən bu böhranlı vəziyyətdən xalqımızın maksimum az zərərlə çıxması üçün sosial layihələr davam etdirilir. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın rifahını daha da yaxşı təmin etməkdir.           

QƏLƏBƏ BİZİMLƏDİR, YAŞASIN AZƏRBAYCAN !!!