Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndənin müavini
Azərbaycan xalqı daima fərqli mədəniyyətlərin, dinlərin, etnosların mövcudluğunun bütün cəmiyyətlər üçün əsrarəngiz bir sərvət olduğuna inanır. Məhz bu inanc əsrlər boyunca ölkəmizi dünyanın ən tolerant məkanlarından biri kimi tanıtmağa imkan verib. Azərbaycan dövlətinin siyasəti yalnız ölkə daxilində mədəni fərqlilikllərin milli sərvət kimi qorunmasına və daha da inkişaf etdirilməsinə dəstək olmuşdur. Biz həmçinin dünyanın müxtəlif ölkələrində bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin qorunmasında fəal iştirak edirik.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tarixin indiki çətin və ziddiyyətli dövründə müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təsvir edən, etnik, dini və mədəni amillərdən irəli gələn ümumbəşəri idealların həyata keçirilməsində unikal müzakirə platformasıdır. Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdalığı mökəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar gələcəkdə təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.
Azərbaycan özünün zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. “Tolerantlığın ünvanı – Azərbaycandır!” layihəsi çərçivəsində Heydər Əliyev Fondu Azərbaycanın sərhədlərindən kənarda da bir sıra tədbirlər təşkil edib, bəşəriyyətin ümumi sərvəti olan müqəddəs xristian abidələrin bərpasına dəstək verib, müxtəlif ölkələrdə yerləşən 20-dək kilsənin bərpasına maliyyə dəstəyi göstərib. Ötən 20 il ərzində müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar Azərbaycan multikulturalizminin qlobal miqyasda tanıdılmasına və ümumilikdə bu ənənələrin təşviq olunmasına xidmət edir.
Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyətlərin inkişafına verdiyi töhfələr baxımından da nümunəvi ölkə statusunu qoruyur. Forumun Bakıda keçirilməsi ilə ölkəmizin həm də bu istiqamətdəki rolunun, həyata keçirdiyi fəaliyyətinin dünyaya təqdimatına imkan verir.