AXCP və Müsavat Partiyasının boykot qərarları zəiflikdən irəli gəlir

AXCP və Müsavat Partiyasının boykot qərarları zəiflikdən irəli gəlir

Ülviyyə Bəhlulova

YAP Suraxanl rayon təşkilatının üzvü

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi

Artıq bir neçə gündür ki, ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. İndiyə qədər Azərbaycanda  keçirilən bütün seçkilər  azad və şəffaf şəkildə baş tutub. Ölkəmizdə demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. Elə bu səbəbdən də ölkəmizdə fəaliyyət göstərən siaysi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu sozləri növbədənkənar prezident seçkiləri haqqında da demək mümkündür.

Artıq bir neçə siaysi partiya növbədənkənar prezident seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Ancaq təəssüf hissi ilə deyə bilərik ki, müxalifət bu dəfə də, növbədənkənar prezident seçkiləri qərarı ilə bağlı yanlış fikirlər bildirir, ictimaiyyətdə çaşqınlıq salırlar. Bu isə onların zəifliyinin bariz nümunəsidir.

AXCP və Müsavat Partiyasının seçkilərdə iştirak etməmək, boykot qərarları da zəiflikdən başqa bir şey deyil.  Yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Çünki seçkilərdə nəticə qazana bilməyən partiyalar heç bir sosial dayağı olmayan siyasi partiyalardır. Buna baxmayaraq, Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə də, radikalların əsassız iddiaları cəmiyyətimiz tərəfindən dəstəklənmir.

2024-cü ilin 7 fevral tarixində xalqımız yenidən öz siyasi iradəsini ortaya qoyacaq. Bu dəfə qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində seçkilərin şahidi olacağıq. Çünki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək.Biz yenə də əminliklə deyə bilərik ki,Azərbaycanda keçilirəcək bu növbədənkənar Prezident seçkiləri də şəffaf və demokratik olacaq və xalqımız bu seçkilərdə də birlik nümayiş etdirərək öz layiqli PREZİDENTİNİ seçəcək.