Avropa İttifaqı və Azərbaycan münasibətlərinin inkişaf dinamikası çox yüksəkdir
Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 114 nömrəli məktəbin müəllimi
Azərbaycan sürətli iqtisadi inkişaf, xalqımızın yüksək rifahı naminə Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Bu proses eyni zamanda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq olaraq xarici siyasi prinsiplərimizin əsas istiqamətlərindəndir.
18 İyul tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan enerji xəttlərinin xəritələrinin dəyişilməsində mühüm tarixi mərhələyə qədəm qoydu. Bu proses dövlətimizin ticarət balansının daha da güclənməsinə şərait yaratdı. Azərbaycan eyni zamanda Qafqazda sülh və əmin-amanlığın daimi və möhkəm olmasının təminatçısına çevrilir. Azərbaycan və Avropa İttifaqı arasında imzalanan bu Memorandum Avrupa üçün əhəmiyyəti hal hazırki dövrə görə vacib hadisədir. Çünki, Rusiya ilə Ukrayna dövlətləri arasında yaranmış hərbi münaqişə nəticəsində Rusiyanın Avropaya enerji satışını azaltması yaxud dayandırması Avropa İttifaqı iqtisadiyyatına güclü zərbə olmaqla yanaşı enerji resurslarının asılılığını da sübut etmiş oldu.
Həmçinin artıq iqlim dəyişiklikləri də Avropa dövlətlərinə xüsusilə qış aylarında daha çox təsir edir. Yaranmış tarixi vəziyyətdən cənab Prezidentin siyasi bacarıq və istifadəsi xalqımızın gələcək rifahının yüksəldilməsinə xidmət edir. Bir vacib məqam da bundan ibarətdir ki, Azərbaycanın ticarət dövriyyəsinin 40%-dən çoxu Avropa İttifaqının payına düşür.
Azərbaycan Cənub Qaz dəhlizinə qoşulması dövlət başçısı Cənab İlham Əliyevin siyasi uğurudur. Nəticədə hal-hazırda Cənub Qaz dəhlizi tam gücü ilə işləyir və Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Azərbaycan və Avropa İttifaqını geosiyasi vəziyyət və regionda təhlükəsizlik prinsipləri və maraqları yaxınlaşdırır. Azərbaycan da bərpa olunan enerji istehsalında ki, böyük potensialını Avropa İttifaqı yüksək dəyərləndirir. Bərpa olunan külək və günəş enerjisinə kapital qoyulmasına artıq başlanılıb.
Ticarət dövriyyəsinin artan sürətlə inkişafı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının sürətlənməsinə müsbət təsir göstərəcək. İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası və Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa və sülhün təmin olunmasına sübutdur.
Azərbaycan Avropanın böyük layihələrinin Avropanın enerji xəritəsinin əsaslı şəkildə dəyişməsini bildirərək cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyinin hazırda heç vaxt olmadığı qədər mühim əhəmiyyət daşıdığını qeyd edir. Avropa İttifaqı və Azərbaycan münasibətlərinin inkişaf dinamikası çox yüksəkdir. Bu gələcək planlarımızın daha sürətli həyata keçirilməsinə zəmin yaradır.
Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq tərəfdaşlığı proqramının çərçivəsində iki tərəfli münasibətlər quraraq dövlətimizin siyasi mövqeyini daha da möhkəmləşdirmiş olur. Bakıda imzalanan saziş Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafındakı prespektivlərdən xəbər verir. Bu gün ölkəmizin vacib tərəfdaş olması düzgün siyasi kurs yürüdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi uğurudur.