Avropa ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın böyük əhəmiyyəti var

Avropa ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın böyük əhəmiyyəti var

Vəfa Əzizova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 114 nomrəli tam məktəbin müəllimi

Postmüharibə dövründə regiondakı yeni reallıqları dünya birliyinə qəbul etdirən Azərbaycanla Avropa İttifaqı arasında Memorondumun imzalanması ölkəmizin inkişafı potensialını yüksəldəcək. Ölkəmizdə iri resurs ehtiyatları yeni qaz yatalarının və bərpaolunan enerjinin istehsalının böyük potensial var. Bərpaolunan enerji-külək və günəş enerjisinin  sürətli istehsalı və istehlakı vasitəsi ilə Avropaya yeni enerji ötürücüsü  rolunu uğurla davam etdirmək mümkündür.

Cənab Prezident İlham Əliyev Avropa İttifaqı şürasının rəhbəri Şarl Mİşel ilə olan rəsmi görüşlərində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Eyni zamanda sürətli və dayanıqlı iqtisadi inkişafın təmin olunması ölkəmiz üçün ən vacib prinsipdir. Bu prinsipin həyata uğurla keçirilməsi üçün Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Məhz dövlətimizlə tərəfdaşlıq Avropa ittifaqı tərəfindən yüksək qiymətləndirilir. Buna görə də Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün kifayət qədər səy göstərməyə çalışır.

Həmçinin ilkin araşdırma və ilkin qiymətləndirməyə görə işğaldan azad olunan ərazilərimizdə külək və günəş enerjisinin potensialı, həmçinin Xəzər dənizində olan külək enerjisi potensialı əməkdaşlığın sürətlənməsinə böyük təkandır.

İki ilə yaxındır ki artıq Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Bolqarıstan da artıq bu enerji istehlakında iştirak prosesinə qoşuldu. Ölkələrimiz arasında strateji tərəfdaşlıqla əlaqələndirilmiş münasibətlər formalaşdırılıb.

Tarixi əhəmiyyətli bir layihə olan Yunanıstan-Bolqarıstan Qaz interkonnektoru layihəsi bu gün uğurla davam etdirilməkdədir. Məhz bu layihələrin sürətli icrası prinsipinə uyğun olaraq SOCAR-ın Bolqarıstandakı ofisinin açılması əhəmiyyəti vacib amildir. Cənab Prezident İlham Əliyevin Avropada uğurlu lider kimi tanınması, nüfuzu Azərbaycanı Avropa dövlətlərinin etibarlı strateji tərəfdaşına çevirdi.

Prezident İlham Əliyev Azərbaycanla Bolqarıstanın iki dost və tərəfdaş olduğunu qeyd etmişdir. Eyni zamanda nəzərə alsaq ki, Avropa üçün hal hazırki vəziyyətdə Azərbaycandan etibarlı enerji tərəfdaşı ola biləcək region ölkələri yoxdur. Belə bir geosiyasi vəziyyətdə cənab Prezident İlham Əliyevin doğru vaxtda siyasi bacarığını,  mövqeyini, liderliyini numayiş etdirə bilməsi Azərbaycan üçün tarixi bir addım oldu. Geosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycanın, Avropanın enerji bazarındakı rolunu gücləndirdi.