“Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunda YAP-ın təsis edilməsinin 30 illiyik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

“Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunda  YAP-ın təsis edilməsinin 30 illiyik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Noyabrın 22-də “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə açıq elan edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək partiya üzvlərini 30 illik yubiley münasibət ilə təbrik etdi. O, bildirdi ki,  Yeni Azərbaycan Partiyası bugün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Doğma partiyamız həm də siyasi partiyalarımızın lokomotividir. Ölkəmizin siyasi palitrasında mövcud olan əksər subyektlər milli maraqlar nöqteyi nəzərindən YAP-ı özlərinə istiqamətverici, yolgöstərici kimi  qəbul edirlər. Yerli təşkilatın sədri onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bizim hər bir üzvün doğma evidir. YAP-ın 30 illik siyasi fəaliyyətində rayon təşkilatımızın da öz töhfələri vardır.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsi  sədr müavini, deputat Sevinc xanım Fətəliyeva bildirmişdir ki, Yeni Azərbaycan Partiyası VII Qurultaydan sonra beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verərək dünya partiyaları ilə bir çox layihələr icra etmişdir. Sevinc Fətəliyeva vurğulamışdır ki, dünyanın bir çox iqtidar partiyaları ilə təcrübə mübadiləsi həm  YAP-ı, həm də əməkdaşlıq etdiyi partiyaları inkişaf etdirir.

Suraxanı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına, fəxri fərmanlar, təşəkkürnamələr və bir sıra partiyaya yeni daxil olan üzvlərə YAP üzvlük vəsiqələri təqdim edilib.

Sonra tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin musiqi nömrələri ilə davam etmişdir.