Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onun xarici siyasətində əsas yerlərdən birini beynəlxalq təşkilatlarla əməkdaşlıq tutmuşdur. 90-cı illərdə bir sıra beynəlxalq təşkilatlara daxil olan Azərbaycan sonralar da bu siyasəti davam etdirmişdir. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz 2001-ci ilin yanvarında AŞPA-ya üzv qəbul edilmişdir. Bu təşkilata daxil olmaqda əsas məqsəd Qarabağ münaqişəsinin ədalətli həllinə dair qurumdan Ermənistana təzyiq edilməsi və ölkəmizə dəstək verilməsi olmuşdur.
Cənab Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilməmişdən öncə bu qrumun vitse-prezidenti olmuş və Siyasi Bürosuna üzv seçilmişdir. Lakin bütün cəhdlərə baxmayaraq bu təşkilat digər bir sıra təşkilatlar kimi erməni lobbisinin təsiri altına düşmüş və Qarabağ münaqişəsi ilə bağlı bir iki quru bəyanatdan başqa heçnə ilə yadda qalmamışdır. 2020-ci ildə baş vermiş 44 günlük müharibə və ondan sonra kı dövrdə bu qrumun əsl mahiyyəti və riyakarlığı üzə çıxmışdır. Halbuki ölkəmiz bu təşkilata necə böyük ümidlərlə daxil olmuşdu.
30 il ərzində bircə dəfə də işğal altındakı torpaqlara səfər etməyən AŞPA heyəti biz torpaqlarımızı azad edəndən sonra nədənsə Qarabağa səfər etmək sevdasına düşdü. Biz bütün təzyiqlərə baxmayaraq 2023-cü ildə Laçında dövlət sərhəddində gömrük keçid məntəqəsi quraşdıranda buna ilk etiraz edənlərdən biri elə AŞPA oldu. Halbuki hərbir suveren dövlətin hüququdur ki, dövlətlərarası sərhəd məntəqələrində gömrük keçid məntəqəsi quraşdırsın. AŞPA bizi nədə ittiham edirdi həmin vaxt? Guya ki, biz Qarabağın erməni əhalisini yurdlarından qovur və etnik təmizləmə aparırıq. Riyakarlığa bax!! Azərbaycan özü bu bəlalardan əziyyət çəkən ölkə, humanizm prinsiplərini rəhbər tutan ölkə amma ittiham tərs mütənasib!
AŞPA daha sonra bir qədər də irəli gedərək 2023-cü il 19 sentyabrdakı ordumuzun 1 günlük uğurlu lokal xarakterli antiterror əməliyyatını da şübhə altına alaraq onu hərbi əməliyyatların bərpası adlandırmış və ermənilərin etnik zorakılığa məruz qaldığını bildirmişdir. Hətta birazda irəli gedərək 2024-cü ilin əvvəlindəki sessiyada nümayəndə heyətimizin etimadnaməsini təsdiq etməyəcəyi ilə bağlı təhdidedici bəyanat da vermişdir. 2023-cü il 23 apreldə qurumun “Qarabağda humanitar vəziyyətə dair” yığıncağında çıxış edən alman sosialist deputat Frank Şvabe “100 mindən artıq Qarabağ ermənisinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması “kimi qiymətləndirmişdir.
Bu da daha bir riyakarlıq! Qarabağda müharibədən sonra 100.000 erməni olubmu? Hardandır bu statistika? Və yaxud niyə işğal dövründə Laçına getmək istəməyən məruzəçilər biz torpaqlarımızı azad edəndən sonra getmək istədi? Halbuki Azərbaycan Laçın məntəqəsindən keçən hərbir erməni ailəsindən Qarabağda qalmaq istəyib istəməməyi ilə bağlı sorğu keçirmiş və bunu şəffaf şəkildə dünyaya nümayiş etdirmişdir. Hətta antiterror əməliyyatından sonra erməni əhalisinin istəyi ilə onlara yanacaq və qida vasitələrindən ibarət humanitar yardımlar da göndərmişdir. Bunu görməzdən gəlmək ədalətsizlikdir.
2024-cü il 22 yanvar qərarı isə sadəcə bu ikiüzlülüyün rəsmiləşdirilməsi olmuşdur. Onsuzda biz bu qurumla əməkdaşlıqdan heçbir fayda götürməmişik ki, fəaliyyətimizin dayandırılması ilə də nəsə itirək. Qoy onlar mənasız kağız parçalarından ibarət bəyanatlar versin, biz isə Qarabağı qurub yaradaq! Ali Baş Komandanın arxasında olaq! Onun siyasətidir bizi qalib edən! Qalib sərkərdə, Qalib ordu, Qalib ölkə!