Artıq Zəngilanın Baş planı təsdiq edilərək, yaşayış layihələri icra olunub

Artıq Zəngilanın Baş planı təsdiq edilərək, yaşayış layihələri icra olunub
Güllər Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktor müavini
Bu gün Şərqi Zəngəzur yenidən inşa edilir, bütün Qarabağ kimi. Bəli, bu gün Azərbaycan tamdır, bütövdür. Azərbaycan Qarabağı sıfırdan inşa edir, xalq öz torpaqlarına qayıdır. Heç zaman öz vətənini görməyən gənc nəsil torpağına qədəm basır. Bu onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpağımız azad edilsin, onlar qayıtmaq imkanına malik olsunlar, 3 il əvvəl biz buna nail olduq, işğala son qoyduq. Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Mühüm nəqliyyat qovşağı, coğrafi mövqeyi bunu labüd, daha mümkün edir. Azərbaycanın ən gözəl guşələrindən olan Zəngilanda turistlərin sayının çox olması, buraya çoxlu səfərlərin olacağı, onun sevilən bölgə olacağı gözlənilən ən ümdə məsələlərdəndir .
Azad olunmuş ərazilərimizdən ilk bölgə olan Ağalı kəndinə artıq həyat qayıdıb. Bahar fəsli sakinləri ilə Ağalıya yeni ruh verib. Artıq Zəngilanın Baş planı təsdiq edilərək, yaşayış layihələri icra olunub. Vətəninə qayıdan insanların işlə təmin edilməsi, onların firavan həyat yaşaması təbii ki əsas prioritet məsələlərdəndir. Cənab Prezident hər bir nüansı incəliyinə kimi düşünür, sosial infrastrukturlar, aşağı faizli kreditlər və s. məsələlərin xalqı üçün ən yüksək səviyyədə həllini tapması üçün əlindən gələni əsirgəmir. Çünki insanlarımız çox əziyyətlər çəkib, maddi-mənəvi ağrılarla üzləşib. Onlar özlərinin öz haqlı hüquqlarından, vətənlərindən ayrı düşüblər.
Eyni zamanda, onu da qeyd etməliyik ki, otuz il ərzində münaqişədən, soyqırımdan, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi səy göstərdi. Müvafiq komissiyaların yaradılması təklif olundu, sərhəddin delimitasiyası aparıldı. Ancaq Ermənistan buna cavab vermədi. Bu, yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadi. Üç il ərzində bunu etmək olardi. Lakin yenidən yanlış hesablama, xarici havadarlara güvənmə çətin və mürəkkəb vəziyyət yaratdı. Lakin biz dünyaya hər zaman önəmli mesajlar göndərdik. Mesajımızı beynəlxalq güclərə çatdırdıq.
Ermənistanın hazırkı rəhbəri Xankəndindən cıxış edərək “Qarabag Ermənistandır və nöqtə “ deməsi təbii ki, qırmızı xəttimiz oldu və o xətti biz cəsurluq və mərdliklə sildik.Bu gün Qarabağ-Azərbaycandır. Bu gün Azərbaycan tamdır, bütövdür, yenilməzdir. Azadlığın, yenilməzliyin, bütövlüyün mübarəkdir, Azərbaycan!
Qarabağ, Zəngəzur-Zəngilan Azərbaycanın əzəli-əbədi torpaqları bu gün qayıdışı bayram edir, xalqına, millətinə qucaq açaraq yolunu gözləyir, Şəhid qanı ilə təmizlənmiş torpaqlarımızın hər bir qarışı bu gün bizim üçün daha da müqəddəsdir, əzizdir . Sülhün, əmin-amanlığın bərqərar olduğu ölkə dünya ölkələri ilə konstruktiv əməkdaşlıq aparır, yenilməz siyasətini, hərbi gücünü, sərgiləyir.