Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edir.

Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edir.
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Bülbülə  QİƏD üzrə  nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən isə hər il sentyabrın 20-də Xankəndi,  Xocalı,Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.Azərbaycanda Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü ildir ki, qeyd olunur.       

İşğaldan azad olunmuş ərazilərdə bu gün quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilməkdədir.Prezident İlham Əliyev mütəmadi olaraq bu yerləri ziyarət edir, gedən işlərlə yerindəcə tanış olur, əlavə tapşırıq və tövsiyələrini bildirir. Məhz Prezident İlham Əliyevin təşəbbüslərinin və fəaliyyətinin nəticəsidir ki, bu gün Xankəndi qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib.

Xankəndi və digər ərazilər eyni zamanda sənaye infrastrukturunun qurulması, xüsusilə də dost dövlətlərin sərmayə yatırması ilə daha da canlanır.Elə Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti bunun bariz nümunəsidir. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda,   Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında,   Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr  etməyə dəyər.

Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən mühüm rəmzlərindən birinə çevrildi. Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızın ucaldılması Azərbaycan dövlətçiliyinin və milli iradənin təntənəsi idi.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yenidən dirçəlməsi göstərir ki, Azərbaycanın Zəfəri yalnız tarixdə qalmış bir hadisə deyil. Bu Zəfər bu gün də quruculuqla, qayıdışla, inkişafla və yeni həyatla davam edir.20 Sentyabr isə bütün bu böyük prosesin yaddaşımızda əbədiləşən mühüm rəmzlərindən biridir.

 

Paylaş