Andına və xalqına sadiq qalmış Ulu Öndər
Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 275 nömrəli tam orta məktəbin direktor müavini
Bütün varlığımla, bütün qəlbimlə, bütün canımla sevdiyim Azərbaycanın dahi lideri , Ulu öndəri, qısacası bütöv bir millətə ağsaqqal bir ata, bütün varlığı iləAzərbaycandır. Bəzən fikirləşirəm o , sadə bir insan ola bilməz axı? Bir insan qəlbinə bu qədər vətən sevgisi, xalq sevgisi necə sığa bilər?
Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan, Heydər Əliyevi ancaq yeri, göyü işığa qərq edən qaranlıqdan aydınlaşdıran Günəşlə bir də uca göylərə yüksələn zirvə ilə müqayisə edə bilərəm. O , bütün cəhətlərinə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq yolumuzu nura qərq edəcək.
Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri, əməlləri ilə ölçülür. Bu mənada Ümummilli liderimiz Heyder Əliyev barəsində belə demək mümkündür ki, o, tanrının Azərbaycan xalqına bəxş etdiyi fədakarlıq simvoludur. Ulu öndərin yeganə amalı, yaşamaq devizi belə idi. Taleyin ona bəxş etdiyi fitri istedadı, qabiliyyətini, bütün qüvvə və bacarığını əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etdi.Heydər Əliyev dühası hər kəsi onun haqqında danışmağa sövq edir. Dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan bu dahi şəxsiyyət haqqında söylənilən fikirləri bir məna birləşdirirdi Heydər Əliyev böyüklüyü və Azərbaycan sevgisi .
Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırladır. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.”
Ulu Öndər Azərbaycan tarixi inkişaf prosesinin əsasını qoymuş müstəqil Azərbaycan dövlətinin memarıdır. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi
Ulu Öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Bu dahi insanın ömür səlnaməsini dönə-dönə səhifələmək, oxumaq, oyrənmək, sevmək, təbliğ etmək lazımdır.
Heydər Əliyev öz ideyaları hələ başa çatdıra bilmədiyi işlərlə Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları ilə daima bizimlə olacaq. O, hər zaman zirvədə olacaq. Heydər Əliyevin fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı gələcəyi rifahlı sabahı da aydın görünür.
Bugün cəsarətlə demək olar ki, Heydər Əliyev müasir demokratik Azərbaycan Respublikası yaratmışdır. Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan Ulu Öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Ümummilli liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeini qoruyub saxlayır.