Ana dilimiz bizim toxunulmaz sərvətimizdir
Lalə Murquzova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının həkim laborantı
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur, Çünki milli varlığımızın əsas atributlarindan olan Ana dilimizlə baglıdır. Dil hər bir xalqın milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin,dövlət qurmaq və onu qorumaq qüdrətinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə böyük fədakarlıqlar göstərmiş Ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Ulu öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmaqla fəxr edirəm” deməsi onun dilə olan sevgisinin təzahürüdür. Azərbaycan dilinin SSR-in 1978-ci il Konstitusiyasında dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün əhəmiyyətli və mümkünsüz bir hadisə idi. Yalnız Heydər Əliyev zirvəsi bu addımı ata bilərdi.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu.1995-ci ildə ümumixalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bundan sonra hökümət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,onun tətbiqi.qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir vacib addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz qaygısının parlaq nümunələrindən biridir.
Ulu Öndər Heydər Əliyev; “Hər bir xalqın mənliyini,mənəvi dəyərini yaşadan,inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflıgına daim qaygı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Əbədi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.” Yeni nəsillər bu nəsihətləri dinləməli və dilimizi göz bəbəyi kimi qorumalıdırlar.
Dəyərli ənənələri ölkə Prezidenti İlham Əliyev də qoruyub saxlayır. Cənab Prezident bir çıxışında demişdir ki, “Ana dilimizə hörmət və qaygı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında,müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz-Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflıgını daim qoruyaq. Bu məsələyə ciddi diqqət göstərilməlidir.” Əslində Prezident bu sözləri ilə dilimizlə bağlı gələcək hədəfləri müəyyən etmişdir.
Dövlət başçısının müxtəlif vaxtlarında imzaladığı “Azərbaycan dilində, latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan milli Ensklapediyasının hazırlanması haqqında” sərəncamlar bu istiqamətdə görülən işlər də dilimizin inkişafına müsbət mənada edilmiş böyük təsirdir. Azərbaycan dilinin elekron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırlması müstəsna əhəmiyyətə malikdir.
Ana dilimizi sevək, qoruyaq və yeni nəsillərə qürurla ötürək!