Almaniya ilə Cənubi Qafqazın qüdrətli ölkəsi olan Azərbaycan arasında iqtisadi əlaqələrin geniş perspektivləri vardır
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ölkəmizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann görüşdə bildirib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. Qeyd edək ki, bu səfər Almaniya hökumətinin və iş adamlarının Azərbaycanla iqtisadi-ticari əməkdaşlıqda maraqlı olduqlarının bir təzahürüdür.
Prezident İlham Əliyev Almaiyadan gələn böyük nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirərək bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı hər iki yeni inkişaf perspektivləri yaradacaq.
Ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunun qeyd edilməsidir. Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsi olan Almaniya ilə Cənubi Qafqazın qüdrətli ölkəsi olan Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadilələri aparıldı. Bildrilidi ki, hər iki ölkənin iqtisadi əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə olunmalıdır.
Qeyd edək ki, Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, iş adamlarının bu səfərində sonra Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
Bunu şərtləndirən səbəblərdən biri də Almaniyanın qonşusu Fransadan fərqli olaraq regionda sülh prosesinə neytral yanaşmasıdır. Almaniya Kansleri Olaf Şoltsun mövqeyi belədir. Baxmayaraq ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Diqqət şəkən məqam odur ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilməsi də ölkəmizə qarşı qərəzin göstərcisidir. Dövlət başçısının qeyd etdiyi kimi bunun yalan olduğunu bu yazıların müəllifləri də yaxşı bilir. Bunlara rəğmən Kansler Şoltsun neytrallığını qoruması mühüm məqam kimi qiymətləndirilir.