Ali Baş Komandan bütün vədləri yerinə gətirdi

Ali Baş Komandan bütün vədləri yerinə gətirdi
Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi
Ölkəmiz 2023-cü ildə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlarla tərəqqinin və inkişafın daha yeni mərhələsinə qədəm qoyaraq, dünya miqyasında özünə məxsus yer tutmuşdur. İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən ilk müraciətində ”Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – demişdi. Bu gün hər bir azərbaycanlı bunun canlı şahididir. Həmin vaxtdan 20 il keçdikdən sonra o dövrə nəzər saldıqda təkcə ölkəmizdə deyil, həmçinin bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxmiqyaslı inkişaf strategiyasının nəticələrini analiz edəndə və bir daha təhlil edəndə tarixən dövlətçilik və quruculuq ənənəsinə malik Azərbaycan xalqının necə doğru seçim etdiyinə bir daha əmin oluruq.
Azərbaycan keçən dövr ərzində özünü müstəqil bir dövlət kimi bütün dünya miqyasında tanıda və təsdiq edə bilmişdi. Məhz Ulu Öndərin davamçısı İlham Əliyevin siyasi müdrikliyi nəticəsində Azərbaycan hal-hazırda milli maraqlarımızın əsas yer verildiyi geosiyasi məkana çevrilib. Müasir dövrümüzdə bir sıra beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı və dəstəyi olmadan gerçəkləşmir.
Azərbaycanın müdrik və uzaqgörən rəhbəri Cənubi Qafqazda yeni iqtisadi və siyasi strategiya yarada bildi və bu strategiya dünya dövlətləri tərəfindən də qeyri-şərtsiz qəbul edilir.
Mərd, qəhrəman oğullarımızın qanı-canı bahasına əldə edilən 44 günlük Vətən müharibəsindəki Zəfəri, qalibiyyəti Azərbaycan xalqına nəsib etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın firavan yaşamasına həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin arzusunu həyata keçirmiş oldu. Xankəndində bayraq asmaqla isə cənab Prezident torpaqlarımızın suverenliyini tam təmin etmiş oldu.
Azərbaycan öz əzəli torpağına – Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, Şəhidlərimizin, Xocalı qurbanlarının, Bərdə, Gəncə kimi digər şəhər və rayonlarımızda mənfur düşmən tərəfindən icra edilən qətliamlar zamanı həyatını itirən günahsız vətəndaşlarımızın qisası və qanı mərd oğullarımız tərəfindən döyüş meydanlarında alındı. 44 günlük Zəfər “Qarabağ Azərbaycandır və nida işarəsi” – söyləyən Prezidentimizin son 20 ildə hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin bariz subutudur.