Albaniya Respublikasına ilk səfər gələcəkdə atılacaq uğurlu addımlar üçün töhfədir
Aytən Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 276 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib.Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri olsa da, onların uğurlu münasibətləri və bir-birilərinə olan maraqları 30 illik tarixə malikdir.
Görüş zamanı Azərbaycan Bayrağının dalğalandığını bildirən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Albaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin müsbət olduğunu vurğuladı.Buda Albaniya-Azərbaycan münasibətlərinin möhkəmləndiyinin,uğurlu əməkdaşlığının göstəricisidir.
Azərbaycan-Albaniya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub.30 il ərzində Albaniya ilə ölkəmiz arasında 8 sənəd imzalanıb.Bunlardan biri də 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi,sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Sazişin” imzalanması olub.
Cənub Qafqaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyıb. Ölkələrimiz arasında enerji infrastrukturunun aktivliyi də müsbət göstəricidir. TAP boru kəmərinin tikintisinə 2016-cı ilin mart ayında başlanılıb. 2020-ci ildə isə TAP boru kəməri vasitəsilə qazın nəqlinə başlanılıb və hal-hazırda həmən kəmərin genişləndirilməsi üzrə danışıqlar aparılır. TAP layihəsinin həyata keçirilməsi Albaniya öz tranzit imkanlarından faydalanması və büdcə gəlirlərinin artmasına töhfə verib. Hətta, 2019-cu ilin noyabrında Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına Azərbaycan Respublikası humanitar yardımla dəstək olmuşdur.
Prezident İlham Əliyev istər Albaniya ölkəsi ilə, istərsə də digər ölkələr ilə əməkdaşlıqda, qurduğu münasibətlərdə həmin ölkələrin bəziləri ilə dost, bəziləri ilə qardaşlıq belə etmişdir. Hal-hazırda da edir. Hər zaman əməkdaşlıq etdiyi ölkələrin xalqlarınıda düşünən, öz xalqı ilə yanaşı həmin ölkələrin xalqlarınında qayğısına qalan, təbii sərvətlərini bölüşən,humanitar yardımlar edən Prezident İlham Əliyevin gözəl qəlbli bir insan olduğunun bir daha göstəricisidir.
Beləliklə, Prezident İlham Əliyev ulu öndərimizin yolunu uğurla davam etdirir.Möhtərəm Prezidentimiz hər kəsə adı ilə müraciət etməyin daha düzgün olduğunu vurğulamışdır.Buna görədə o dosta dost deyib, hər zaman yanında olmuş, düşmənə düşmən deyib, iradə ilə, qürurla Vətəni olan Azərbaycanı,xalqını ağıllı siyasəti, göstərdiyi uğurlu mövqelər ilə qorumuşdur.
Bütün oğul anaları fəxr etməlidirlər ki, onların oğulları hərb məktəblərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yolunu keçirlər və keçəcəklər.Prezidenti iradəli, mərd, müzəffər olan ölkənin oğulları, eləcə də qızları daim başını dik tutmalı, qürurla Prezidentin ətrafında bir xalq olaraq, dəmir yumruq altında birləşməlidirlər.