Akademiya 80 il ərzində böyük yol keçmişdir
Arzu Aslanova
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 3-də AMEA-nın 80 illik yubileyində iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü. Daha sonra Prezident İlham Əliyev tədbirdə çıxış edərək Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə tədbir qonaqlarını təbrik etdi. Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzu etdi., Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklərini vurğuladı.
Cənab Prezident çıxışında Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gəncinin o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərildiyini və beləliklə, ölkəmizdə intellektual potensialın daha da gücləndiyini deyib.
Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.
Ölkəmizdə elmin intensiv inkişafı, Elmlər Akademiyasının tərəqqisi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Elm sahəsinə xüsusi diqqət göstərən Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində fundamental tədqiqatlar xeyli genişlənmişdi.
Prezident İlham Əliyev Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşünün məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olduğunu və o vaxt maliyyə imkanlarının məhdud olduğuna baxmayaraq, Akademiyanın işinə, Akademiyanın qorunmasına və alimlərin fəaliyyəti üçün vəsait ayrıldığını qeyd etdi: “İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı.
Cənab İlham Əliyev çıxışında bu gün süni intellektin ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi olduğunu bildirdi. Bu sahədə digər ölkələrdən geridə qalmamağımız üçün dövlətin lazımı addımlar atdığını, Azərbaycan alimlərinin də bu sahəyə qoşulmasını və bu sahədə fəal iştirak etmələrini tövsiyə etdi.
Artıq beş ildir ki, Azərbaycan öz gücü ilə işğal edilmiş ərazilərini düşməndən təmizləyib. Qarabağ torpağında geniş quruculuq, abadlıq işləri görülür. Qaçqın və köçkünlərimiz tədricən öz doğma torpaqlarına yol alırlar. Lakin biz həmişə ayıq-sayıq olmalıyıq, güclü olmalıyıq. Güclü olmalıyıq ki, bir də düşmən baş qaldıra bilməsin. Odur ki, dövlətimiz hər bir sahədə irəliləyir.
Bu gün digər sahələrdə olduğu kimi Azərbaycanda hərbi sənaye də sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar.
Dövlət başçısı dilimizin saflığının qorunmasından, başqa dillərdən gələn sözlərdən təmizlənilməsinə diqqət yetirilməsinin vacib olduğunu söylədi.