ADA universtetində Prezident İlham Əliyevin çıxışı mühüm istiqamətlərə malikdir

ADA universtetində Prezident İlham Əliyevin çıxışı mühüm istiqamətlərə malikdir
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum keçirildi. Bu forum artıq yeddinci dəfədir təşkil olunur. Forum, həm ölkənin beynəlxalq nüfuzunu artırmaq, həm də qlobal gündəmdəki mühüm məsələləri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycana səfər etmişdilər.

Forumda iştirak edən beynəlxalq qonaqlar isə ölkəmizin keçmişi, bu günü və gələcəyini daha yaxından tanımaq imkanı əldə etdilər. Bu, Azərbaycanın dünyaya özünü təqdim etməsi baxımından önəmli platformadır. Bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir.” kimi fikirləri ilə beynəlxalq tədbirlərin prioritetini açıqladı. Və qeyd olundu ki, regionda vəziyyət böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.

Prezident İlham Əliyev forumda çıxışı zamanı sürətlə dəyişən dünyada əməkdaşlığın əhəmiyyətinə toxundu, yeni fikir və mesajlar səsləndirdi. Onun çıxışı yalnız cari reallıqları əks etdirməklə kifayətlənməyib, həm də gələcək trendlər və çağırışlar barədə mühüm ideyalar ortaya qoydu. Ölkə başçısının Forumdakı çıxışı mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqət çəkdi. 30 illik işğal, 44 günlük Vətən müharibəsi, postmünaqişə dövrünün reallıqları, Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətləri barədə Forum iştirakçılarına geniş məlumat verən dövlətimizin başçısı bildirdi ki, “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.”

Məlumdur ki, Azərbaycanın bugünkü reallığını və potensialını göstərən amil, onun  beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü, siyasi-hərbi yolla bərpası və yenidən qurulması,eləcə də iqtisadi nailiyyətləridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərindən xüsusi danışaraq, qeyd edib ki, qarşıdakı üç il ərzində dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq, həmçinin şəhər və kəndlərin bərpası üçün baş plan hazırlanır. Bu proseslərdə əsas məqsəd keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etməkdir. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanarsa, bu, nəinki iki ölkə arasında münasibətlərin normallaşmasına, həm də iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın başlanmasına şərait yaradar.

Ölkə başçısı həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı planlardan danışıb və bildirib ki, bu layihə regionda nəqliyyat əlaqələrini yaxşılaşdıracaq. O, həmçinin Ermənistanla sərhədin delimitasiya və sülh razılaşması məsələlərinə toxunaraq, bu proseslərin ayrı-ayrı aparılmasının vacibliyini vurğulayıb.

Prezidentin çıxışının mühüm istiqamətlərindən biri də Azərbaycanın geosiyasi mövqeyinin beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətinə dair fikirlər idi. Azərbaycan yalnız Cənubi Qafqazın deyil, həm də Avrasiyanın geosiyasi, iqtisadi və nəqliyyat baxımından strateji mərkəzində yerləşir. Bu mövqe, Azərbaycanın həm Şərq, həm də Qərb ilə əlaqələrini dərinləşdirməsinə imkan verir.

Prezident İlham Əliyevin etdiyi çıxış Azərbaycanın öz suverenliyini bərpa etməsi, regional güc mərkəzinə çevrilməsi, enerji və nəqliyyat layihələrində lider rolu, yaşıl enerjiyə keçid planları və Cənubi Qafqazda sülh gündəminin formalaşmasında aparıcı mövqe tutduğunu bir daha nümayiş etdirdi.  Azərbaycan gələcəkdə də regionun və dünyanın diqqət mərkəzində olacaq. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – çünki bu ölkə təkcə coğrafi deyil, siyasi və iqtisadi baxımdan da xəritənin mərkəzində dayanır.

Beləliklə, ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Forum növbəti uğura imza ataraq ölkəmzin dünyada qazandığı nüfuzunun ildən ilə artdığını, Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolu, sülhün və təhlükəsziliyin təminatı üçün atdığı addımları nümayiş etdirmək üçün nə qədər effektiv platforma olduğunu bir daha sübut etdi.