8 Noyabr Zəfər Günü şəhidlərin ruhunun yad edildiyi gündür
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
8 Noyabr Zəfər Gününün 5- ci ildönümüdür. 2025-ci il Noyabrın 8 - də Azərbaycan Xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər Gününü böyük milli qürur duyğusu ilə qeyd edəcək.
Sentyabr- Oktyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən qələbəmizin tarixi günü eləcə də yaddaşlarda qalan Zəfərimizin başlanğıc nöqtəsini qoydu. Azərbaycan 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Milli ordumuz üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalğalanırdı.
Ermənistan işğalçı dövlət kimi dünya miqyasında nüfuzdan düşərək öz hiyləsini və vandalizmini başa vurdu. İgid əsgərlərimiz torpaqlarımızın azad olunmasında qanlarını belə əsirgəmədilər. Ermənistan sülh müqaviləsini dəfələrlə pozmuş BMT- nin nizamnaməsinə məhəl qoymayaraq öz işğalçı hərəkətlərini davam etdirmişdir. Azərbaycan dövləti hər zaman sülhün, tərəqqinin tərəfdarı olmuşdur.
Azərbaycan Prezdenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız qarış- qarış düşmən tapdağından azad edildi. 1 milyon qaçqın və köçkün insanlar dədə- baba torpaqlarına hissə- hissə qayıtmağa başlayıb. Ordumuz öz gücünü döyüş meydanında göstərdi. Bu inam xalqı birliyə və prezidentin ətrafında sıx birləşməyə sövq etdi. Qan tökərək, vətən uğrunda canını fəda etmiş igid əsgər və zabitlərimiz tarix yazdı. 8 Noyabr Zəfər Günü həm xalqın, həmdə şəhidlərin ruhunun yad edildiyi gündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünyada sülhsevər siyasətçi kimi nüfuz qazanmışdır. Gənc nəsil yetişdirən Azərbaycan sülhün inkişafını dahada birlik və əminamanlıq şəraitində yaşadır.
Var olsun Azərbaycan Ordusu!
Var olsun qürur duyduğumuz, fəxr etdiymiz cənab İlham Əliyev!