“8 Noyabr – Zəfər Günü” münasibətilə YAP Suraxanı rayon təşkilatı tərəfindən Zəfər Muzeyinə ziyarət təşkil olunub

“8 Noyabr – Zəfər Günü” münasibətilə YAP Suraxanı rayon təşkilatı tərəfindən Zəfər Muzeyinə ziyarət təşkil olunub

6 noyabr 2026-cı il tarixdə “8 Noyabr – Zəfər Günü” münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən Zəfər Muzeyinə ziyarət təşkil olunub. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, yerli təşkilatın əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, sosial şəbəkə fəalları və partiyanın fəal gəncləri iştirak ediblər.

Muzeyin eksponatları ilə yaxından tanış olan ziyarətçilər 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad ediblər. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və partiya təşkilatına minnətdarlıqlarını bildiriblər.

Səmimi çay süfrəsi ətrafında davam edən görüş zamanı yerli təşkilatın sədri Vüqar Seyidov vurğulayıb ki, Şanlı qələbəmizin salnaməsini yaşadan Zəfər Muzeyini ziyarət etmək hər birimizin mənəvi borcudur. Vüqar Seyidov onu da qeyd edib ki, “8 Noyabr – Zəfər Günü” ərəfəsində mənfur düşmən üzərində qazanılan tarixi qələbəmizin canlı xronikasını, Azərbaycan əsgərinin rəşadətini və xalqımızın sarsılmaz birliyini özündə ehtiva edən Zəfər Muzeyini ziyarət etməkdən qürur duyuruq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılan bu şanlı tarix bizim ən böyük sərvətimizdir.

Tədbir Zəfər Muzeyinin fonunda çəkilən xatirə fotosu ilə yekunlaşıb.

Paylaş