8 Mart Mədəniyyət evində 28 May Dövlət Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir
28 may 2022-ci il tarixində “8 Mart Mədəniyyət” evi və Suraxanı Rayon Veteranlar Birliyinin birgə təşkilatçılığı ilə 28 May Dövlət Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir
Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin Yeni Suraxanı qəsəbəsi üzrə sahə rəisi Nizami Məmmədov, Bələdiyyə sədri Fikrət Quliyev, Veteranlar birliyinin sədrinin köməkçisi Rəfi Babazadə,Veteranlar Birliyinin təşkilatçısı Fikrət Tağıyev, ”Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev, qəsəbənin ictimai fəalları və Suraxanı rayonu 89 və 101 nömrəli tam orta məktəb şagirdləri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlərin ifasında səhnəciklər tamaşaçıların diqqətinə çatdırılmışdır.