65 nömrəli tam orta ümümtəhsil məktəbində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

65 nömrəli tam orta ümümtəhsil məktəbində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

12 iyun 2026-cı il tarixində 65 nömrəli tam orta ümümtəhsil məktəbində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 65 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini icra edən, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədr müavini Mürsəl Kazımov, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdələrin hazırladığı bir-birindən rəngarəng kompazisiyalar təqdim edilmişdir.

Daha sonra çıxış edən digər natiqlər - qeyd etmişlər ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində xüsusi önəm daşıyan əlamətdar günlərdən biridir. Bu gün ölkəmizin ağır sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını, müstəqil dövlət quruculuğunun möhkəm təməllər üzərində formalaşmasını simvolizə edir.