44 - gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10 –dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü ,şanlı Zəfər qazandı və tarixi ədaləti ölkəmizin ərazi bütövlüyünü bərpa etdi .
Vətən müharibəsi bir daha sübut etdi ki Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.
Noyabrın 8 - də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Bayrağımız Şuşada və digər azad olunmuş torpaqlarda dalğalanırdı.
Bizim Zəfər yürüşümüz başlamışdır.44-gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi Zəfərə doğru gedirdi .Bir gün belə dayanmadı ancaq irəli getdi .Düşməni qova – qova döyüş meydanında tarixi Zəfər çaldı.
Hər il noyabrın 8 - i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.