30 ildə görülmüş işlər, dövlətimizin siyasəti bizə anım gününü Xocalıda qeyd etmək imkanı verdi
Aidə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri
Xocalı soyqırımının acı fəsadları - 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi bugünədək naməlum qalıb. Bu faciə zamanı 487 nəfər şikəst edilib, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valdeynini, 130 uşaq isə bir valdeynini itirdi. 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürüldü.
Xocalı soyqırımı beynəlxalq çinayətdir. Prezident cənab İlham Əliyev vurğulayıb ki, 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda böyük yeri var. Xocalı soyqırımı gününü biz Xocalıda qeyd edirik. 32 ildən sonra biz doğma torpaqlarımıza qayıtdıq.
“Xocalıya ədalət!”çağırışımız cavabsız qaldı. Yalnız 18 ölkə bu faciəni soyqırım kimi tanımışdır. Böyük dövlətlər, beynəlxalq təşkilatlar isə biganə qalmışlar. “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş cinayətdir.
Ermənistan və onun havadarları bu hadisəni ört-basdır etməyə çalışırlar ki, Ermənistan məsuliyyətə cəlb olunmasın. Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsınlar. Tarixi ədaləti bərpa etmək üçün bizə 30 il lazım oldu. Çətin, keşməkeşli, uzun bir 30 il. Ancaq bu 30 ildə görülmüş işlər, dövlətimizin siyasəti bizə anım gününü Xocalıda qeyd etmək üçün imkan verdi.
Bu gün azad torpaqlarda quruculuq işləri vüsət alıb. Yeni kəndlər şəhərlər salınır. Bu il o yaşayış məntəqələrin sayı 20-ə çatacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmayaçağıq. İkinci Qarabağ müharibəsi və antiteror əməliyyatı baxmayaraq ki, bizim ürəyimizdə qisas hissi var idi, biz beynəlxalq humanitar hüquqa uyğun aparılmışdır. Bunu hamı bilir və heç kim bizə irad tuta bilməz. Bizim ordu, bizim əsgərlər böyük peşəkarləq, qəhrəmanlıq, fədəkarlıq göstəriblər. Bizim övladlarımız ölümə gedirlər ki, torpaqlarımız azad olunsun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayaçaqdır!