Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Kürsüm Həsənova, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən, 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən və ölkəmizin inkişaf yolundan bəhs olundu. Çıxışlarda vurğulandı ki, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlamış, güclü dövlət quruculuğu yoluna qədəm qoymuşdur.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu və rəqs nömrələri təqdim edildi. Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı və alqışlarla müşayiət olundu.
“Qurtuluşdan Zəfərə” adlı tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə məhəbbət hisslərinin daha da gücləndirilməsi olmuşdur.