28 May – Müstəqillik günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
1918- ci il mayın- 28 də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 28 May Azərbaycan Xalqının tarixində böyük əhəmiyyət kəsb edən əlamətdar bir gündür. 1918- ci ildə Azərbaycan öz müstəqilliyini elan etmişdir. Azərbaycan yeni bir səhifə açaraq tarixi dönəmini yaşamağa başladı. Siyasi xadimlər bu müstəqilliyin ilk carçısı oldu. Məhəmmədəmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşov, Fətəli Xan Xoyski, Səməd Bəy Mehmandarov və başqaları idi.
Qısa müddət ərzində siyasi xadimlərin həyata keçirdikləri xalqımızın şüurunda dərin iz buraxdı. Vətəndaşlara bərabər hüquq verilməsi, dinindən asılı olmayaraq onların hər bir sahədə təhsil, dini etiqadı, mədəniyyəti dövlətin ilk atributlarından biri idi.
Xalq özünün siyasi liderini Ulu Öndər Heydər Əliyevi Azərbaycana dəvət etdi. 1991- ci ilin oktyabrında Azərbaycan Xalqı müstəqilliyini yenidən bərpa etdi. 1993- cü ildə Xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə davamlı ictimai- siyasi sabitliyi bərpa etdi.
“ Əsrin müqaviləsi”- nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil, starateji konsepsiyanın təzahürü idi. 1994- cü il atəşkəsin elan olunması Ermənistan, Azərbaycan münaqişənin dayandırılması buna əsaslı sübutdur. Ordunun təkmilləşdirilməsi, diplomatik vasitələrin işə salınması məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi idi.
Bu gün Ulu Öndərin davamçısı Cənab İlham Əliyev müstəqilliyimizin qorunub saxlanmasında sülhün bərqərar olunmasında əzm və fədakarlıq nümunəsi göstərmişdir. Cənab İlham Əliyevi Ermənistan və Azərbaycan münaqişəsinə son qoydu. Ordumuzun və xalqın birliyi nəticəsində 2020- ci il sentyabrın 27-si tarixindən başlayan müharibə “ 44” gün ərzində dayandırıldı. Ərazilərimiz azad edildi.
Beləliklə tarixi qələbəyə töhvə verən ordumuz şəhidlər verərək üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalğalandırdılar. Xarici dövlətlər arasında uğur əldə edən Azərbaycan tarixə imza atdı.
Müstəqilliyimizi əbədidir, dönməzdir, sarsılmazdir!
Yaşasın güclü, müstəqil Azərbaycan!