278 nömrəli tam orta məktəbdə "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş təntənəli tədbir keçirilib

278 nömrəli tam orta məktəbdə "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş təntənəli tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə, Azərbaycan Ordusunun misilsiz şücaətinə və xalqımızın sarsılmaz birliyinə həsr olunmuş çıxışlar dinlənilib. Məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Tədbirin fəxri qonaqları sırasında şəhid ailələrinin üzvləri – Mixail Həmidovun anası Nüsrət xanım, Fərhad Babayevin anası Səmayə xanım, Murad Məmmədovun anası Mürvət xanım, Aydın Abdullayevin qardaşı Cavad müəllim, Pərviz İsmayılovun ailə üzvü Vüsalə xanım, Elxan İsmayılovun həyat yoldaşı Sevinc xanım və Mürsəl Kazımlının anası Lalə xanım,Şahmar Səfərovun anası Pakizə xanım iştirak ediblər. Həmçinin tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xüsusi vurğulanıb.
Şəhid ailələrinin tədbirdə iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb. Onlara dərin ehtiram və minnətdarlıq ifadə olunub, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim yaşayacağı bildirilib.
Tədbirin əsas məqsədi gənc nəslə vətənpərvərlik ruhu aşılamaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq, şagirdlərdə Vətənə sevgi və dövlətçilik ənənələrinə hörmət hissini gücləndirmək olub.


Paylaş