“15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur

10 iyun 2025-ci il tarixində 232 nömrəli tam orta məktəbdə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə 232 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin (Ərazi Partiya Təşkilatının) sədri Günel Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə,, məktəbin tarix müəllimlər və bir qrup şagird iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir, demokatik siyasi sistemin qurucusu, milli özünüdərk prossesinin və Azərbaycançılıq idealogiyasının banisidir. 1993-cü ilin 15 iyununda xalq bir ümidə- Ulu Öndər Heydər Əliyevin vətənpərvər ideyalarına, siyasi qətiyyətinə arxalanırdı. Qurtuluş yolu möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi sayəsində zəfərlə yekunlaşdı.
Daha sonra digər natiqlər- məktəbin tarix müəllimləri Aşiq Mehtiyev, Zərxanım Zülfüqarova, İsrafil Hüseynov və şagirdlər çıxış edərək qeyd etmişlər ki, Azərbaycan xalqı Milli Qurtuluşla birgə zülmətdən işıqlı sabahlara çıxmışdır.
Sonda xatirə şəkli çəkildi.