Təranə Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.
10 noyabr bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində Azərbaycan və Türkiyə dövlətləri 2021-ci il uyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsi imzalanmışdır. Bəyannamənin tarixi prizmadan əhəmiyyəti isə budur ki, 100 il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamə imzalandı və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi.
Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanılan ərazilərimiz azadlığına qovuşandan sonra Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Ağdamda çıxış edən İlham Əliyev bu məsələyə toxunaraq, prinsiplərin " ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədi ilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması” olduğunu bildirmişdir.
44 günlük Vətən müharibəsin sonra Azərbaycanla Ermənistan sərhəd delimitasiya ilə bağlı işlərin sürətləndirilməsindən ötrü Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 23 may 2022-ci il 3272 nömrəli Sərəncam imzalanmışdır. 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini bildirmişdilər.
Görüşdən sonra İlham Əliyev mətbuata verdiyi müsahibəsində Ermənistandan "xoş məram olarsa, sülh müqaviləsi 2022-ci ilin ilin sonunadək imzalana bilər. Həmçinin, Azərbaycan Prezidenti sülh müqaviləsini "çoxcildli yox, bir neçə maddədən ibarət yığcam sənəd" kimi gördüyünü bildirmişdir. Prezident müsahibəsində deyib ki, görüşlər zamanı sülh müqaviləsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsiplə bağlı heç kimin - nə Ermənistanın, nə də Avropa İttifaqının heç bir sualı olmayıb: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".
19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Sentyabrın 20-si Xankəndidəki qanunsuz rejim ağ bayraq qaldıraraq təslim olmuş və 21 sentyabrda Yevlax şəhərində keçirilən görüşdə Azərbaycan dövlətinin bütün şərtləri ilə razılaşdıqlarını bildirmişdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmağı ilə itirilmiş ərazilər tamamilə qaytarıldı. Beləliklə Azərbaycan bütün döyüşlərdə zəfər çaldı. Bu qələbələrdə Azərbaycan Respublikasının Ali baş Komandanının rolu çox böyükdür. O, Qarabağın tarixi xilaskarı oldu. Doğrudan da nəyi necə nə vaxt etmək lazım olduğunu göstərdi.
Müzəffər ali baş komandanını türk dünyasının görkəmli şəxsiyyətləri ilə müqayisə etmək olar. Məsələn Səfəvilər dövlətinin qüdrətli hökmdarı şah I Abbasla XX əsrin türk torpaqları işğaldan qazad etmiş Atatürklə və bir çox güclü sərkərdələrlə. Məncə Azərbaycan Respublikasının Prezidentini Azərbaycanın Atatürkü adlandırmaq olar. Dövlət, xalq və ordunun yumruq kimi birləşməsi Böyük Zəfərimizi təmin etdi.
Qoy həmişə Azərbaycan zəfər çalsın.