“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bayram tədbiri keçirilmişdir

“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə bayram tədbiri keçirilmişdir

“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 16 saylı Uşaq Poliklinikasında bayram tədbiri keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, 16 saylı Uşaq Poliklinikasının baş həkimi Könül Hümbətova, digər rəsmi şəxslər, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, tibb müəssisəsinin həkim heyəti, poliklinikanın qeydiyyatında olan qəsəbə sakini olanlar uşaqlar və valideynlər iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri 16 saylı Uşaq Poliklinikasının baş həkimi giriş sözü ilə açaraq uşaqları bayram münasibətilə təbrik etmiş, dövlətimiz tərəfindən hər zaman uşaqlara göstərilən diqqət və qayğını, onlara göstərilən tibbi xidmətin ildən-ilə yaxşılaşdırılması və gücləndirilməsini vurğulamışdır.

Sonra uşaqlar üçün müxtəlif əyləncəli nümunələr təqdim edilmiş, bir qrup uşaqlara hədiyyələr təqdim edilmişdir.