1 Avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edildi

Mətanət Şahəliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Dünya dilləri içərisində Türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dili. Bu gün dünyada olan 50 milyondan artıq Azərbaycan xalqının nümayəndəsi üçün bu dil ana dilidir. Əsas ünsiyyət vasitəsidir. Sovet dönəmində bütün basqılara baxmayarq, Azərbaycan dili qorundu, saxlandı və inkişaf etdirildi. Bir vaxtlar sıxışdırılan dilimiz bu gün müstəqil dövlətimizin dövlət dilidir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 21 maddəsi bunu bir daha təsdiq etdi.
Xalqı xalq edən, onun varlığını millət kimi qoruyub saxlayan dildir. Ona görə də milləti məhv etmək üçün onun dilindən başlayırlar. Milli kimliyini bilmək üçün dilini bilməlisən”. “Öz dilini bilməyən,öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz”. “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik.” Bu fikirlər Ümummilli Liderimiz Heydər Əliyevin doxsanıncı illərdə olan çıxışlarındandir.
Hələ XIX əsrdə rus şairi M. Lermantov da bu dilin Şərqdə nə qədər əhəmiyyətli olduğunu qeyd etmişdir. “Azərbycan dilini bilməklə bütün Şərqi gəzmək mümkündür“ fikri də ona aiddir. Dilimizin axıcılığı,musiqili dil olması,dinləyənə xoş gəlməsi də dilimizin gözəlliyi ,ahəngdarlığı ilə bağlıdır. Bu haqda Ulu Öndərin deyimləri nə qədər yerinə düşür “ Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək,onun mənasını o qədər də bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik”
Dilimizin qorunması,inkişaf etdirilməsi üçün ardıcıl işlər aparılmış,bir çox əhəmiyyətli qərarlar qəbul edilmişdir. Belə əhəmiyyətli qərarlardan biri 18 iyun 2001 - ci ildə imzalanmış Fərmandır.”Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu Fərmanda yazılır : ” Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.”
Bu fərmandan çox keçmədi ki, yeni bir qanun qəbul edildi . 9 avqust 2001-ci il. Həmin tarixdə imzalanmış Fərmanla 1 Avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edildi. Artıq 20 ildən artıqdır ki, bu tarix xalqımız tərəfindən sevinclə qeyd edilir.
Bu qanundan irəli gələn çox işlər görülmüşdür. Belə işlərdən biri də 2004- cü ildən başlayaraq kiril əlifbası ilə olan bütün kitabların latın qrafikalı əlifba ilə oxuculara çatdırılması işidir. Heydər Əliyev fondunun dəstəyi ilə aparılan bu nəcib və xeyirxah iş bütün oxucuları,xüsusən gəncləri həm klassik ədəbiyyat,həm də dünya ədəbiyyatının nadir inciləri ilə tanış etmək işində müstəsna əhəmiyyətə malikdir.
Bilirik ki, bu gün türkdilli dövlətlər arasındakı yaxınlaşma, əlaqələrin möhkəmlənməsi, gediş-gəlişin çoxalması bir daha dil məsələsinə diqqəti artırır. “Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə daha çox vəzifələr qoyur.” ( Heydər Əliyev)
Hələ XX əsrin əvvəllərində “Füyuzat” jurnalının səhifələrində Əli bəy Hüseynzadənin ümumtürk dilinin yaradılması ilə bağlı fikirləri bu gün də aktualdır. Artıq ümumtürk əlifbasının yaradılması buna sübutdur. Mən inanıram ki, ümumtürk dili yaradılanda Azərbaycan dilinin söz ehtiyatı,qrammatik qayda və qanunlarından daha çox istifadə ediləcəkdir.”
Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” (Ulu Öndər H.Əliyevin Azərbaycan xalqına müraciətindən. 29 dekabr 2000-ci il )
Hər bir dilə hörmət etməliyik və edirik də. Hər birimiz daha çox dil öyrənməyə, poliqlot şəxsiyyət kimi yetişməyə, müxtəlif xalqları öz dilində tanımağa çalışmalıyıq. İnsan nə qədər dil bilirsə,o qədər adamdır. Dünya adamıdır. Ancaq birinci növbədə hər birimiz öz dilimizi,ədəbiyyatımızı,musiqimizi, adətimizi öyrənməli, bununla milli kimliyimizi yaşatmalıyıq.Sonra isə başqa dilləri öyrənməliyik.
Böyük Şəhriyarın sözləri ilə desək” Türkün dilitək sevgili,istəkli dil olmaz”
Xalq şairi B.Vahabzadənin sözləri ilə desək
“Dil açanda ilk dəfə “ana” söyləyirik biz.
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dilimizin qorunması və saflığının təmin edilməsinin vacibliyini qeyd edir və bu məqsədlə lazım olan tədbirləri həyata keçirdir.