“Ənənəvi mətbuatda və müasir informasiya vasitələrində siyasi işin təşkili” mövzusunda tədbir keçirilib.

“Ənənəvi mətbuatda və müasir informasiya vasitələrində siyasi işin təşkili” mövzusunda tədbir keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatı və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ənənəvi mətbuatda və müasir informasiya vasitələrində siyasi işin təşkili” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Milli Mətbuat gününə həsr olunmuş “Epoxa” adlı film nümayiş etdirilib.Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəal üzvü Hüseyn Quliyev bildiriblər ki, Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolu ərzində dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, cəmiyyətin maarifləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, müasir dövrdə ənənəvi media ilə yanaşı, rəqəmsal informasiya vasitələri və sosial media ictimai-siyasi proseslərdə mühüm əhəmiyyət kəsb edir. Bu sahədə peşəkar, operativ və obyektiv informasiya siyasətinin həyata keçirilməsi, cəmiyyətin düzgün məlumatlandırılması və milli maraqların qorunması əsas prioritetlərdəndir.
Sonda Şamaxı və Suraxanı rayonlarının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvü Təşəkkürnamə ilə təltif olunub. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Paylaş