Əziz Laçınlılar, Gününüz Mübarək
Əfsanə Əkbərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 2 saylı uşaq evinin həkimi
Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın Şəhəri Azərbaycanın ən qədim insan məskənlərindən biri olub. Abdallar adlandırılan bu kəndə XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlığındakı dağın adını verib. O vaxtdan qədim Azərbaycan torpağı Laçın adlandırılıb. Laçın sözünün mənası "məğrurluq" deməkdir. 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən isə inzibati ərazi statusu verilib.
Böyük strateji əhəmiyyətə ecazkar təbiətə, əlverişli coğrafi mövqeyə malik Laçın rayonu məkirli siyasi niyyətlərin qurbanına çevrilərək 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 28 illik həsrəti faciəvi günləri xatırlamaqla yaşamaq nəinki laçınlılar üçün eləcə də bütövlükdə Azərbaycan xalqı üçün çox ağır idi. Nəhayət səbrin, dözümün bir həddi ola biləcəyini, gec-tez tarixi ədalətin bərpa olunmasının vacibliyini bütün dünyaya sübut edən qüdrətli Azərbaycan xalqı “ Dəmir yumruğ”un ətrafında birləşərək, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin səsinə səs verən igid Azərbaycan oğulları bu həsrətə, ağrı-acıya son qoydu.
Təbii ki, 44 günlük müharibədən sonra tarixi torpaqlarımızda başlanan quruculuq işləri, qısa zaman kəsiyində görülən işlər uğurlu siyasətin nəticəsidir. Cənab Prezidentin də dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Şanlı qələbəmiz, suverenliyimizin bərpası, əzəli və əbədi Azərbaycan torpaqlarındakı bu günkü vəziyyət sözün həqiqi mənasında tarixi ədalətin təntənəsidir. Onu da qeyd edim ki, 30 illik həsrətin son qoyulduğu günləri də bayram kimi qeyd etməkdə çox sevindirici bir haldır. Bu qəbildən Məhz 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunur.
Əziz Laçınlılar, Gününüz Mübarək!