Ənənəvi çay süfrəsi ətrafında gənclərlə görüş keçirilmişdir

Ənənəvi çay süfrəsi ətrafında gənclərlə görüş keçirilmişdir

27.08.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında ənənəvi çay süfrəsi ətrafında gənclərlə növbəti görüş keçirilmişdir. Görüşdə YAP-a üzv olmaq istəyən gənclərlə yanaşı, artıq bir müddət YAP Suraxanı rayon təşkilatında fəaliyyət göstərən gənc üzvlər də iştirak etmişlər.

Görüş zamanı çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov  gəncləri yerli təşkilatın sədri Vüqar Seyidovun adından salamlayaraq bildirmişdir ki, təşkilatımız bütün Suraxanı rayon gənclərinin doğma evidir. O demişdir ki, yerli təşkilata üzv olan gənclərlə ənənəvi çay süfrəsi ətrafında söhbətlər vaxtaşırı təşkil olunmaqdadır. Sonuncu belə görüşün keçən ay baş tutduğunu vurğulayan sədr müavini rayon təşkilatında təmsil olunan müxtəlif qruplarla, o cümlədən gənclərlə görüşlərin ənənə halını alıdığını ifadə etmişdir.

Daha sonra YAP Suraxanı rayon təşkilatının əməkdaşları gənclərlə fərdi söhbətlər etmiş, tanış olaraq, onlara Yeni Azərbaycan Partiyası və onun gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında geniş məlumat vermişlər.

Sonda gənclərlə birgə asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi ilə intellektual və idman oyunları təşkil olunmuşdur.