Oktyabrın 5-də Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Hüseynov Orxan Bəhman oğlunun anım günü qeyd olunub.
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin şöbə müdiri Elmar Hüseynov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.