Zəruri əməkdaşlıq istiqamətləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər apardığı məqsədyönlü daxili və xarici siyasəti qələbəmizə öz töhfəsini verdi. Prezidentimizin fərmanı ilə 2021-ci ilin yanvar ayında ”Qarabağ Dirçəliş Fondu” yaradıldı.
2021-ci il iyulun 7-də Prezidentimizin fərmanı ilə Azərbaycan Respublikasının 14 iqtisadi rayondan ibarət yeni bölgüsü təsdiq edildi. Bu sənəd ölkəmizin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə verildi.
Hal-hazırda Qarabağımızda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Bu quruculuq işlərində dünyanın müxtəlif ölkələrinin şirkətləri iştirak edir. Azərbaycan II Qarabağ müharibəsindən sonra çox güclü bir ölkəyə çevrilib.Dünya ölkələri Azərbaycanla həm iqtisadi,həm də siyasi sahələrdə əlaqə yaratmağa can atırlar.
Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əlaqələr quraraq Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi layihəsini həyata keçirdi. Nəqliyyatla bağlı müxtəlif layihələrin reallaşdırılması nəticəsində Azərbaycan tranzit ölkəyə çevrildi.
Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərindən biri də enerji diplomatiyası idi. Bu sahədə atılan addımlar külli miqdarda xarici sərmayənin respublikaya axmasına şərait yaratdı.
2018-ci il 12 iyunda Trans –Anadolu qaz kəmərinin açılışı oldu. Bu kəmərin çəkilişi Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəql edilməsində mühüm bir addım oldu. 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi forumu çərçivəsində keçirilən ”Avrasiya Orta Dəhlizi” “Yoldan magistrala” mövzusunda keçirilən iclasda cənab İlham Əliyev çıxış etmişdir.
Həmişə olduğu kimi Prezidentimiz çox savadlı,dürüst, məntiqli çıxışı ilə digərlərindən fərqlənirdi. Davosda 5 məsələ əsas yer tuturdu.Enerji,iqlim,təbiət,ərzaq böhranlarının həll edilməsi, yüksək inflyasiya, aşağı artım, ticarətin yeni sistemlər vasitəsilə inkişaf yolları,özəl sektorda innovasiya və dayanıqlığı artırmaq üçün potensial texnologiyalardan istifadə,ətraf mühitə böyük ziyan vuran hadisələr daxil edilib.Bu forumda Prezidentimiz bir sıra ölkələrlə səmərəli görüşlər keçirdi. Azərbaycanın sahib olduğu potensialı qarşı tərəflərə çatdırdı.Bu ondan irəli gəlir ki, Azərbaycanda indi sabitlik hökm sürür. Bir sıra ölkələr öz investisiyalarını bizim kimi ölkələrə qoymaqda maraqlıdırlar.Həm də bizim ölkədə əlverişli biznes mühiti formalaşıb. Ən əsası isə Azərbaycan ən etibarlı ölkələrdən biridir, çünki Prezidentimiz atdığı hər bir imzasına hörmətlə yanaşır, sözü ilə əməli eynidir.
Prezidentimiz, həm də Laçın –Xankəndi yolunda baş verən hadisələrin əsl üzünü dünya olkələrinə səlis, doğru faktlarla çatdırdı.Ermənistanın iç üzünü, yalançı təbliğatlarını iflasa uğratdı. Azərbaycan Prezidenti 17-ci dəfədir ki, Davos Forumunda iştirak edir.Öz iştirakı ilə Azərbaycan özünün inkişafının təqdimatını verir,regional məsələlərin həllində iştirak edir,həm də 2 tərəfli əlaqələr də qurmağa çalışır.Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın Yaşılenerji ilə bağlı potensialı çox böyükdür.
Həm Xəzər dənizindən, həm də qurudan olan potensiallarımızın böyük əhəmiyyəti var. İşğaldan azad olunmuş ərazilərimizdə də 10 giqavit potensial mövcuddur. Elektrik enerjisi,yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.Belə nəticəyə gəlmək olar ki, Davos Forumu dünyanın iqtisadi həyatında mühüm rol oynayır. 53-cü Davos Forumu Azərbaycan üçün uğurlu oldu. Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyini bir daha bütün dünyaya bəyan etdi.