Zəngilanda bərpa quruculuq işləri uğurla davam edir

Zəngilanda bərpa quruculuq işləri uğurla davam edir

Kəminə Zalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 232 nömrəli tam məktəbin Azərbaycan müəllimi

XXI əsrin gərgin siyasi arenasında Azərbaycanda müşahidə olunan  vəziyyət bir vətəndaş olaraq hər birimizdə qürur hissi yaradır. Xüsusilə, 30 ilə yaxın bir vaxtda işğal altında olan torpaqların azad edilməsi respublikamızın güclü siyasi mövqeyini  sübut etdi.

İşğaldan azad olunan torpaqlarda başlanılan genişmiqyaslı bərpa işləri ölkəmizin uğurlu gələcəyinə işarədir.Bu günlərdə ölkə başçımız cənab İlham Əliyev Zəngilan rayonuna prezidentin nümayəndəsini təyin edərkən çıxış etmiş və  bərpa quruculuq işləri haqqında danışarkən bildirmişdir ki,bərpa işlərinə start verilən rayonlarımızdan olan Zəngilandır.Burada həyata keçirilən bərpa-quruculuq işləri öz miqyası ilə diqqəti cəlb edir.

Ölkə başçımız eyni zamanada erməni vandalizminə də toxunmuşdur: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir”

Bütün bunlara baxmayaraq hazırda Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır. İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək! Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur.

Ölkə başçısı deyib ki, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında ən mühümü Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Azərbaycanın əsas hədəfi Böyük Qayıdışın təmin olunmasıdır. Ölkə rəhbəri də qeyd etdi ki, keçirilən sorğularda məcburi köçkünlərin böyük əksəriyyəti geri dönməyə hazır olduğunu bildirib.

Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub.

Rayonda tarixi-dini abidələrin bərpası,böyük infrastruktur layihələrin tətbiqi tam qayıdışdan sonra həm yerli əhalinin rahat yaşayışını təmin edəcək,həm də turistlərin marağını cəlb edəcək.

Rayonun bir tərəfdən İran-İslam Respublikası ,bir tərəfdən isə Ermənistan Respublikası ilə həmsərhəd olması gələcəkdə sərhəd təhlükəsizlik məsələlərinə diqqəti daha da gücləndirməyin vacibliyini bir daha diqqət mərkəzinə gətirir.Cənab Ali Baş Komandan,dövlət başçısı İlham Əliyevin dəfələrlə bu barədə söylədiyi qətiyyətli fikirlər rayon əhalisinin gələcək asayişinin təminatıdır.

Çox qısa bir vaxta cənab prezidenti İlham Əliyevin başçılığı altında Zəngilan eləcə də bütün Qarabağda bərpa quruculuq işləri tamamlanacaq və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qarıdıb orada əbədi yaşayacaqlar