Zəfər salnaməsinin unudulmaz qəhrəmanı - Şəhid gizir Vəliyev Sehran

Zəfər salnaməsinin unudulmaz qəhrəmanı - Şəhid gizir Vəliyev Sehran

3 oktyabr şəhid gizir Vəliyev Sehran  Nizami oğlunun anım günüdür.  Anım günü münasibəti ilə Suraxanı rayonu Zığ qəsəbəsi Dədəq Qorqud yaşayş sahəsinin sakini, Vətən Müharibəsi şəhidi gizir Vəliyev Sehran  Nizami oğlunun övladlarının təhsil aldığı  Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivinin təşkil etdiyi “Zəfər salnaməsinin unudulmaz qəhrəmanı” adlı anım tədbiri keçirilmişdir.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsində canlarını vətən uğrunda qurban vermiş şəhidlərin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır. 

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Əsədullayev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər rəsmi şəxslər şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.

YAP Suraxanı rayon təşkilatının sədri müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi gizir Vəliyev Sehran  Nizami oğlunun da  xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın nümayəndəsi Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə və onların ailələrinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.

Qeyd edək ki, şəhid gizir Vəliyev Sehran  Nizami oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.