Zəfər bayramınız mübarək dəyərli soydaşlar
Belə baxanda bu gün bəşəriyyət heç vaxt olmadığı qədər yüksək elmi inkişaf səviyyəsinə çatıb. Bir vaxtlar internet əsri kimi səciyyələn dövr indi isə həyat normasına çevrilib. Öz yerini süni intellektə verməkdədir. O biri tərəfdən baxanda isə sanki heç bir şey dəyişməyib. O səbəbdən ki, bu günkü insanlar da, insanlar arasındakı münasibəti öz ulu babalar - min illər bundan qabaq yaşamış ibtidai insanlar kimi fikrini güc yolu ilə həll etməkdədirlər.
Zəifin haqlı ola biləcəyini düşünmək belə istəyən yoxdur və ya məşhur təmsildə deyildiyi kimi “güclülərin qarşısında gücsüzlər həmişə günahkardır”. Əgər belə olmasaydı otuz il məhz məğlub durumuna düşdüyümüz üçün səsimizi eşitməyənlər bizə “yol” göstərməkdədirlər. İş o yerə çatmışdı ki, haqq səsimizi eşitmirdilər, həm də günahkar çıxartmağa çalışırdılar. Ancaq bilmirdik ki, məhz Qarabağ məsələsi yox, utopik “Ermənistan” məsələsidir. Çox qapılar döydük, çox “ağsaqqalar”a minnət düşdük, faydası olmadı. Nəhayət anladıq ki, ümid yalnız özümüzdədir.
Əslində bunu hamımız bilirdik. Bizə sarılan gücümüzü bərpa etmək üçün zaman lazımdır. Dilimizdə belə deyim var: “Xəstə tələsər, armud vaxtında dəyər”. Bəli xalq olaraq hamımız tələsirdik. Amma “nəyi, nə zaman, necə etmək” olduğunu hamıdan yaxşı bilən bir adam da var idi. Bəli düz tapmısınız: “O, adam Ali Baş Komandan cənab İlham Əliyev idi. Rəhbərin siyasi iradəsi hadisələrə çevik reaksiyası çox şey dəməkdir. Bütün resursları koordinasiya etmək hər rəhbərin bacardığı iş deyil. Desək ki, Qarabağı xalqın inamı, əsgərin gücü və inamı və komandanın sərkərdəlik bacarığı xilas etdi, yəqin ki, razılaşarsınız.
Bəli, biz qalib gəldik. Amma bu qələbənin missiyası təkcə erməni məsələsi ilə ölçülmür. Çünki biz haqsızlığa qalib gəlmişdik. Biz bu gün haqqı tapdananı, ümidini itirən neçə-neçə xalqa, dövlətə nümunə olduq. Biz erməniçiliyə təkcə döyüş meydanında qalib gəlmədik. Biz subut etdik ki, onların milli ideyaları çürükdür, kökündən yanlışdır. Bunu ona görə deyirik ki, bu gün onların “başbilənləri” car çəkir ki, biz ermənilərin başına türkə düşmən münasibət bəsləməyi başqaları yeridib. Bu isə bizim çox böyük uğurumuzdur! Çünki bizim ən qəddar düşmənimiz öz qara niyyətini həmişəlik yerə qoya bilər. Bu isə o deməkdir ki, regionumuzda uzun illər boyunca əmin-amanlıq hakim ola bilər!
Bəli, bu hərtərəfli böyük qələbədir.
Sənə bayram yaraşır, Azərbaycan!!!”