Yola saldığımız 2023 - cü il Azərbaycan üçün hər cəhətdən uğurlu olmuşdur
Elçin Həsənov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin müəllimi
Əlbəttə ki, ən əsası Azərbaycan öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa etmişdir. 44 gülük Vətən Müharibəsində torpaqlarımızın böyük bir hissəsini 30 illik düşmən işğalından azad etsək də separatçıların əsas dayağı olan Xankəndi və ətrafı düşmən əsarətində idi. O zaman çox fikirlər danışıldı ki, niyə qoşunlarımız daha da irəli gedib bütün əraziləri azad etmədi. Prezident bunlara cavab olaraq, “nəyi, nə vaxt etmək lazım olduğunu mən yaxşı bilirəm” deməsilə həqiqətən də nə qədər haqlı olduğunu bir daha sübut etmiş oldu.
Müharibədən sonrakı illər Ermənistan kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta yeni təxribatlar törətməyə başladı. Buna Ermənistanın qərbdəki havadarları da açıq və ya örtülü şəkildə kömək edirdilər. Amma artıq Azərbaycanda separatizmin kökü kəsilmişdir və bir daha yaranmasına imkan verilməyəcəkdir. Şəhidlərimizin qisası alınmışdır.
Artıq hər bir azərbaycanlı və bütün dünyada azərbaycanlılar qürür hissi keçirirlər. Heç bir təzyiq, heç bir ittiham iradəmizə təsir edə bilmədi və etməyəcək də. Həm Qarabağda, həm də Şərqi Zəngəzurda böyük işlər görülür, tikinti işləri aparılır. 2023 -cü ildə bəzi yaşayış yerlərinə köçkünlər məskunlaşdırılmışdır. Bu iş 2024 ildə də davam etdiriləcəkdir. Nailiyyətlərimiz böyükdür. Amma biz daim hazır olmalıyıq. Düşmənin arxasında dayanan qüvvələr onu silahlandıraraq revanşizmə yönəltməyə çalışırlar. Buna göz yummaq olmaz. Ona görə də ordumuzun təhcizatını daim yeniləmək və ən müasir silahlarla gücləndirmək lazımdır.
Azərbaycanın beynəlxalq nüfuzu gündən günə artır. Azərbaycan bir sıra beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir dövlət olmuşdur. 2023 il Heydər Əliyev ili elan edilmişdir. Bu məqsədlə həm Azərbaycanda, həm Azərbaycandan kənarda bir sıra tədbirlər keçirilmişdir.
Dünyanın enerji tələbatının ödənilməsində də Azərbaycan əsaslı iştirakçılardan biri olduğunu sübut etmişdir. İstər neft , istər qaz emalında söz sahibi olmuşdur. İndi yeni yüksəlməkdə olan Yaşıl enerji lahiyəsində də Azərbaycan əsas diqət mərkəzində olan dövlətlərdən biridir.
Azərbaycan inkişaf edir və güclənir. Bütün dünya azərbaycanlıları buna sevinir və qürrrələnirlər. Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində ən uğurlu ilk addım 2001 - ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur.
Hal hazırda Azərbaycan dövləti məqsədyönlü siyasət apararaq xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyini qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Diaspor siyasətinin yeni inkişaf yolunda Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna Dəstək Fondu əsaslı kömək edəcəkdir.edir. Diaspor siyasətinin yeni inkişaf yolunda Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna Dəstək Fondu əsaslı kömək edəcəkdir.