Yeni hədəflər dövrün tələbidir

Yeni hədəflər dövrün tələbidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Suraxanı rayonu, “İlqar Məmmədov küçəsi 1” ünvanında, Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət evində və Əmircan qəsəbəsində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, təşviqat qrupunun üzvləri Arif Babayev, Gülayə Səfərli, Sevda Hacıyeva, Bəhiyyə Nağıyeva, şəhid atası Zaur Əliyev, şəhid anası Xalidə Həmzəyeva çıxış ediblər.

Çıxışlarda müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsinin qürurverici hal olduğu bildirilib. Qeyd olunub ki, tarixi Zəfərdən sonra Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Qarşıda yenə də müəyyən hədəflər var ki, Prezident İlham Əliyevin liderliyi ilə buna nail olacağımız şübhəsizdir. 

Seçicilər vurğulayıblar ki, Qələbə hissini xalqımıza yaşadan rəhbərin ətrafında bir yumruq kimi yenidən birləşəcəyik.

Qeyd edək ki, həmin gün Suraxanı rayonunun Zığ və Əmircan qəsəbələrində yaşayan seçicilərlə də səyyar və fərdi görüşlər keçirilib. Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, təşviqat qrupunun üzvü Etibar Quliyev, şəhid atası Füzuli İsmayılov çıxış ediblər.