Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu

Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,  Hövsan bələdiyyəsinin sədri
Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan haqqında həqiqətləri olduğu kimi dünyaya bəyan etməsi daim beynəlxalq aləmin, eləcə də aparıcı medianın diqqət mərkəzində olub. Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də böyük maraqla izlənilib.
İlk öncə qeyd etmək lazımdır ki, hazırda dünyanın aparıcı media qurumları bu səfəri, xüsusilə səfər çərçivəsində Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışını geniş işıqlandırır. Azərbaycan Prezidentinin bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmən ölkəmizin strateji tərəfdaşı olduğu xüsusi qeyd edilib. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.
Azərbaycan Respublikası xarici siyasət sahəsində uğurlarını getdikcə artırmış, müxtəlif qlobal, ümumbəşəri regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə fərqlənmiş müxtəlif dünya dövlətləri əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Münasibətlərimizin starteji tərəfdaşlıq səviyyəsinə daşındığı İtaliya Avropada ölkəmizin hər zaman ən etibarlı tərəfdaşlarından olmuşdur.
Həmçinin, iki ölkə arasında ticarət və investisiya əlaqələri də genişlənir. İtaliya, Azərbaycanın inkişaf etməkdə olan bazarına maraq göstərir və bu da ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə təsir edir. Mədəniyyət sahəsində də mübadilə və əməkdaşlıq mövcuddur, bu da iki ölkənin qarşılıqlı anlaşmasını və dostluğunu gücləndirir.
Azərbaycan İtaliyanın enerji təchizatçısı olaraq mühüm rol oynayır. Azərbaycan İtaliyanın bir nömrəli neft təchizatçısıdır və eyni zamanda İtaliyanın ikinci ən böyük qaz təchizatçısıdır.
Eyni zamanda, bu əməkdaşlıq iki ölkə arasında strateji və iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük təsir göstərir. Bu əlaqələr, enerji sektoru sahəsindəki layihələr və investisiyalar vasitəsilə daha da inkişaf edir.
Hazırda Azərbaycan təbii qazını bir çox ölkəyə ixrac edir və bu ölkələr arasında Avropa İttifaqı üzvü olanlar da mövcuddur. Azərbaycanın əsas qaz ixrac bazarları arasında İtaliya, Yunanıstan, və Bolqarıstan kimi ölkələr yer alır. Bu, Azərbaycanın enerji tədarükçüsü olaraq beynəlxalq səviyyədə rolunu artırır və Avropanın enerji təhlükəsizliyini təmin etməyə kömək edir.