YAP uğurla irəliləməkdədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi irsini özünə ən doğru istiqamət müəyyən edərək iri addımlarla irəliləyir. Qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük zəfərlərə imza atmaqda davam edir.
Deputatlığa namizəd Afət Həsənova qeyd edib ki, artıq seçkilərə çox az vaxt qalıb: “Təşviqat prosesi uğurla davam etməkdədir. Bütün görüşlərdə insanlar Yeni Azərbaycan Partiyasının namizədinə böyük diqqət və qayğılarını ifadə edirlər. Bu da, YAP-ın Sədrinə olan böyük sevgi və hörmətin təzahürüdür”.
Afət Həsənova görüş iştirakçılarını seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüş iştirakçılarından Zalxa Osmanova və Gülayə Səfərova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmçinin Afət Həsənovanın Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə və Tahir Bağırov küçələrində, eləcə də Əmircan qəsəbəsindəki ünvanlarda yaşayan seçicilərlə görüşü keçirilib.