YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 3 ünvanında  yerləşən ərazi  partiya  təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə iclas keçirilmişdir.

İclasın sədri Aygün Azayeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdi. O, daha sonra bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının ƏPT-lərində həyata keçirilən islahatlar nəticəsində yerli təşkilatın sədri Vüqar Seyidovun müvafiq əmri ilə təmsil olunduğumuz ƏPT də yenidən təşkil olunmuşdur. Bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur.

Sədr vəzifəsinə Aygün Azayevanın namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Aygün Azayeva sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr Aygün Azayeva Gülbəniz Fərəcovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Gülbəniz Fərəcova sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini salman Əbdülov çıxış edərək həyata keçirilmiş islahatlardan sonra Əmircan qəsəbəsi A.Rzayev küçəsi 3 ünvanında  yerləşən ərazi  partiya  təşkilatında ideoloji işin gücləndirilməsi, təşkilati işlərdə səmərəliliyin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmasını və daha səmərəli iş aparılmasını vurğuladı.Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.