YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
30 yanvar 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 10 (“Neftçi” İdman Klubu İctimai Birliyi) ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidovun və sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. İclası ƏPT-nin sədri Sadıq Sadıqov açıq elan edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Sadıq Sadıqov bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Sadıq Sadıqov onu da vurğulamışdır ki, təmsil olunduqları təşkilatda islahatlarla əlaqədar olaraq ƏPT-nin mövcud sədr müavini Fərid Bəşirov iş yükünün çox olduğunu əsas gətirərək öz xahişi ilə tutduğu vəzifəsindən istefa vermişdir.
Sadıq Sadıqov ƏPT-nin sədr müavini vəzifəsinə Əliyev Fərəc Zaur oğlunun namizədliyini irəli sürmüşdür. ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Əliyev Fərəc Zaur oğlu yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədr müavini Fərəc Əliyev çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Fərəc Əliyev bildirmişdir ki, YAP dövlətimizin əldə etdiyi böyük uğurların ictimai əsasıdır. Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin sədrinə və yeni seçilmiş sədr müavininə gələcək fəaliyyətlərində uğurlar diləmiş, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 10 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkilinin qənaətbəxş olduğunu, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasını vurğulamışdır.
Yerli təşkilatın sədri qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası idman və gənclər sahəsində mövcud dövlət siyasətinin əsas ictimai dayağıdır. Vüqar Seyidov eyni zamanda öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.