YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi, Zığ yolu yataqxana 1 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizovanın iştirakı ilə iclas keçirilmişdir. Ərazi partiya təşkilatının fəal üzvü Nurlana Həbibova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Nurlana Həbibova tərəfindən sədr vəzifəsinə Abdulla Məmmədovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Abdulla Məmmədov sədr seçilmişdir.
Yeni seçilmiş sədr Abdulla Məmmədov Seyid Seyidovun səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Seyid Seyidov sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məshələtçisi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, Zığ qəsəbəsi, Zığ yolu yataqxana 1 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.