Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Neftçi küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
Ərazi partiya təşkilatının sədri vəzifəsini icra edən Aydan Cəfərova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. ƏPT-də təmsil olunan üzvlər tərəfindən sədr vəzifəsinə Röya İslamovanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində R.İslamova sədr seçilmişdir.
Yeni seçilmiş sədr Röya İslamova Sona Zeynalovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Sona Zeynalova sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Neftçi küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.
+5
Sudabe Abdullayeva, Dadash Baba-zade ve 10 diğer kişi