YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “Q” yaşayış sahəsi Samir Cəfərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
ƏPT-nin sədr müavini Gülzar Kamalova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. O, çıxış edərək sədr vəzifəsinə Yəhyayeva Nuranə Faiq qızının namizədliyini irəli sürdü və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş etdi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində N.Yəhyayeva sədr seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “Q” yaşayış sahəsi Samir Cəfərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.
Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.