YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, yığıncağı giriş sözü ilə açan Əliyeva Məlahət Avıl qızı qonaqları salamlayaraq, çalışdıqları pedaqoji kollektivin yüz faizinin YAP üzvü olduğunu xüsusi vurğulamışdır. Məlahət Əliyeva hər zaman Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcəklərini ifadə etmişdir.
Daha sonra Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Əliyeva Məlahət Avıl qızı YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Əliyeva Məlahət Avıl qızı, sədr müavini Sadiqov Məzahir Zakir oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayaraq işlərində uğurlar arzuladı. Yerli təşkilatın sədri bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatı hər zaman öz fəaliyyəti ilə digər təşkilatlardan fərqlənmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş, ƏPT-nın fəaliyyətində uğurlar diləmişdir.